Beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor’s” (S&P) gələn il qlobal iqtisadiyyatın 3% artacağını proqnozlaşdırıb.
İndex.az xəbər verir ki, S&P-nin proqnozuna görə, dünya iqtisadiyyatı bu il 3,3%, gələn il isə 3% artacaq.
Hesabatda qeyd olunub ki, “Covid-19” epidemiyasından sonra kəskin şəkildə artan inflyasiyanın qarşısını almaq üçün mərkəzi bankların uçit dərəcələrini artırması işə yaramadı.
“Lakin hazırda, inflyasiyanın zəifləməsi sayəsində mərkəzi banklar uçot dərəcələrini endirir”.