Ukraynanın energetika naziri German Qaluşenko Rusiya ordusunun ölkə daxilində elektrik enerjisində fasilələr yarandığını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir Qaluşenko sosial media hesabındakı paylaşımında enerji infrastrukturuna hücumlar səbəbindən Ukraynanın hər yerində elektrik enerjisinin verilişində fasilələr olduğunu açıqlayıb: \"Energetika (infrastruktur) yenidən düşmən tərəfindən böyük hücuma məruz qalıb. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar var\" deyib.
Ukraynanın elektrik ötürücü sistem operatoru \"Ukrenerqo”nun ölkədə fövqəladə elektrik kəsilməsini həyata keçirməyə qərar verdiyini bildirən Qaluşenko, hücumların və elektrik enerjisinin kəsilməsinin təfərrüatlarının \"təhlükəsizlik vəziyyəti imkan verdikdə” dəqiqləşdiriləcəyini qeyd edib.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin Telegram hesabından verilən açıqlamada Rusiya ordusunun Kiyev başda olmaqla ölkənin bir çox bölgəsinə raket zərbələri endirdiyi bildirilib.
Gülay