AZ

Cənubi Koreyada qar və çovğun insan tələfatına səbəb olub

Cənubi Koreya ikinci gündür güclü qar və çovğundan əziyyət çəkir, onlarla aviareys təxirə salınıb, bərə reysləri dayandırılıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı dörd nəfər həlak olub.

“Yonhap” xəbər agentliyi yazır ki, bu, son 100 ilin ən güclü qarıdır.

Noyabrın 28-i səhər saat 8-ə qədər Seulun bəzi ərazilərinə 40 santimetrdən çox qar yağıb və nəticədə 200-dən artıq daxili və beynəlxalq reys təxirə salınıb.

Anormal miqdarda yağan qar elektrik enerjisinin kəsilməsinə səbəb olub, 330-dan çox ev işıqsız qalıb.

Alimlər noyabrda yağan güclü qarı Koreya yarımadasının qərbində soyuq hava axınları ilə qarşılaşan dəniz temperaturunun adi haldan daha isti olması ilə əlaqələndirirlər.

“Korean Central Television” telekanalının xəbərinə görə, qonşu Şimali Koreyada da çərşənbə axşamı və çərşənbə günləri arasında bəzi ərazilərə 10 santimetrdən çox qar yağıb.

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr