AZ

Tramp müharibəni bitirmək üçün onu seçdi - Plan hazırdır?

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna müharibəsini sona çatdırmaq üçün xüsusi nümayəndə olaraq istefada olan general Keyt Kelloqu təyin edəcəyini açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Kelloq  Trampa müharibənin hazırkı cəbhə xətlərində dondurulması və Kiyev ilə Moskvanın danışıqlara başlaması üçün plan təqdim edib.

Qeyd edək ki, Kelloq 2017-2021-ci illərdə Trampın Milli Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərib. Eyni zamanda, o dövrdə vitse-prezident Mayk Pensin milli təhlükəsizlik müşaviri olub. Yeni vəzifəsində Ukraynada münaqişənin həllində mərkəzi bir rol oynaması gözlənilir.

Tramp daha əvvəl Ukrayna müharibəsi üçün xüsusi nümayəndə postu yaratmağı düşündüyünü bildirib, amma bu barədə rəsmi qərar verilməyib.

Trampın seçki kampaniyasının mərkəzində Ukrayna müharibəsini sürətlə sona çatdırmaq vədi dururdu. Lakin bu məqsədə necə çatılacağı barədə konkret bir plan təqdim etməyib.

Sosial mediada etdiyi açıqlamada "Keyt həm hərbi, həm də ticarət sahəsində möhtəşəm liderlik bacarıqları nümayiş etdirib. İlk idarəetməmdə milli təhlükəsizlik məsuliyyətini yüksək səviyyədə yerinə yetirdi” ifadələrini işlədib.

Kelloqun Ukrayna planı Rusiyanın Ukrayna torpaqlarının işğalından sonra müharibənin mövcud vəziyyətdə dondurulmasını nəzərdə tutur. Plan hər iki tərəfi də danışıqlara məcbur etməyi hədəfləyir.

Kelloq və Fred Fleytz tərəfindən hazırlanan strategiyaya görə, ABŞ Ukraynaya sülh danışıqlarında iştirak etmədiyi təqdirdə, yeni silah tədarükü etməyəcək.

Bu müddət ərzində Moskva danışıqları rədd edərsə, ABŞ-nin Ukraynaya dəstəyini artıracağı mesajı veriləcək. NATO üzvlüyü məsələsi isə qısa müddətdə gündəmdən çıxarılacaq.

Bu plan Şərqi Ukraynanın bəzi bölgələrinin uzun müddət Rusiyanın faktiki nəzarətində qalmasına səbəb olacaq.

Bu vəziyyətlə Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istəyən rəsmi Kiyevin razılaşacağı nəticə olmaya bilər.

Həmçinin, xüsusilə Nümayəndələr Palatasındakı bəzi Respublikçıları Ukraynaya daha çox yardım göndərilməsinə qarşı çıxa biləcəyi düşünülür.

Aynurə

Seçilən
9
news24.az

1Mənbələr