AZ

Özünüməşğulluq proqramı gələn il 100 min ailəni əhatə edəcək

Bakı. Trend:

Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə100 min ailəni əhatə edəcək. Dünyada belədir ki, özünüməşğulluqlayihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuşlayihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-inüzərindədir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev bu gün keçirilən iclasında bildirib.

"Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu,1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərinhamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgərəldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır.

Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və oqüsurların da arxasında fakt yoxdursa, hesab edirəm ki, bu,qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayanyanaşmadır”, - deyə komitə sədri bildirib.

Seçilən
15
8
az.trend.az

9Mənbələr