Suriyadakı müxalif silahlı qüvvələr Hələb vilayətinin kənd yerlərində Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücum həyata keçirib.
Döyüş əməliyyatları zamanı onlar bu bölgədəki bir sıra yaşayış məntəqələri və yüksəklikləri, eləcə də Hələbin qərbində yerləşən Suriya ordusunun strateji əhəmiyyətli bazalarından birini nəzarətə götürüblər.
Vətəninfo.az xəbər verir ki, son məlumata görə, üsyançılar Suriyada prezident Bəşər Əsədin ordusuna hücumları davam etdirir.
Artıq 17 yaşayış məntəqəsi, Suriya ordusunun texnikası və bəzi məhbuslar ələ keçirilib. Müxalif qrupların Hələbin mərkəzindən 2,7 km aralıda yerləşdiyi də bildirilir.