AZ

"Bu layihənin təhlükəli cəhəti insanların ələbaxım öyrənməsidir" - Deputat

"Ünvanlı sosial yardım layihəsi dünyanın heç bir yerində ömürlük mərhələ deyil. Bu, keçid layihədir. Milyonlarla vətəndaşımız neçə illər bu layihədən bəhrələndi. Bu layihənin ən təhlükəli bir cəhəti insanların əməkdən aralanması və ələbaxım öyrənməsidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Musa Quliyev deyib.

"Nə qədər faktlar ortaya çıxdı ki, burada saxtakarlıqlar olub, saxta sənədlər təqdim ediblər. Əlillik dərəcəsi sırf həkim ekspertlərin qiymətləndirdiyi məsələdir. Bunun nə qədər çətin və məsuliyyətli iş olduğunu bilirəm. Bu gün o sahədən başı çıxmayan, ümumiyyətlə xəbəri olmayan, həkimlik təhsili almayan adam deyir ki, kiməsə ömürlük əlillik vermək lazımdır və s. Bu qeyri-peşəkar yanaşmadır. Veteranlarla bağlı bilən də, bilməyən də danışdı. Bu bir müavinət, pensiya, sosial yardım növü deyil. Bu Prezidentin təsis etdiyi təqaüddür. Prezident təqaüdünün Milli Məclisdə və digər aidiyyəti orqanlarda müzakirə olunması siyasi etikaya uyğun məsələ deyil", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Seçilən
2
unikal.az

1Mənbələr