AZ

DİN əməliyyat keçirdi - 40 kiloqram narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuzdövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdəəməliyyat tədbirləri davam etdirilir.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.

Bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənindaha bir neçə üzvü - əvvəllər məhkum olunmuşlar 45 yaşlı BəxtiyarFətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı RövşənCəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar. Onlarınüzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmişmarixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzənrayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardanəvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazancmüqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsastədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləriseçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərifasiləsiz olaraq davam etdirilir.

Məqalədə:
Seçilən
5
40
az.trend.az

10Mənbələr