AZ

SON DƏQİQƏ! Hələb savaşı başladı: Müxalif güclər paytaxta çatır - ŞOK VİDEO

Suriya Milli Ordusunun qüvvələri və Heyət Təhrir əş-Şam (HTŞ) Hələbə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Məlumata görə, Əsəd rejimi ilə toqquşmalarda müxalif ünsürlər Hələbə 4 kilometr qədər yaxınlaşıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, müxalifət mənbələri əməliyyat çərçivəsində 32 kənd və qəsəbənin rejim güclərindən alındığını açıqlayıb.

Ələ keçirilən ərazilər arasında Urm Əl-Suğra və Əncara kimi strateji şəhərlər, həmçinin Qərbi Hələbdəki ən böyük rejim bazası olan 46-cı baza da var. Həmçinin bildirilib ki, M5 magistralının bir hissəsində nəzarətə nail olunub.

Heyət Təhrir əş-Şam (HTŞ) Hələbin şəhər mərkəzinə yaxınlaşıb və gün ərzində davam edən qarşıdurmalarda təqribən 250 kvadrat kilometr ərazini nəzarətə götürüb. Nəzarət altında olan bəzi yerlərdə Suriya prezidenti Bəşər Əsədin fotoları endirilib.

Münaqişə davam etdikcə Əsəd rejimi mülki yaşayış məntəqələrini yer-yer raketləri ilə hədəfə alıb. Bundan başqa, HTŞ ələ keçirdiyi yerlərdə Əsəd rejiminə aid hərbi maşın və silahları ələ keçirib, çox sayda əsgəri əsir götürüb. Qarşıdurmalardan qaçan xeyli mülki şəxs İdlib çölünə sığınır. 

Musavat.com

Seçilən
33
9
musavat.com

6Mənbələr