AZ

Ərdoğan HƏDƏLƏDİ: Hərbi əməliyyatlara BAŞLAYA BİLƏRİK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada 30 km dərinlikdə təhlükəsizlik zonası yaratmaq üçün yeni, genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, əməliyyat Türkiyəyə qarşı vuruşan və ötən ay Ankarada ölümcül hücum həyata keçirən kürd PKK üsyançıları ilə əlaqədə olan yaraqlılara qarşı yönələcək.

Bu ilin oktyabrında Ankarada PKK qruplaşmasının ölümcül hücumu prezident Rəcəb Tayyib Ərdoğanı Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik zonasının yaradılması zərurətindən yenidən danışmağa vadar etdi.

Türkiyə Ankaradakı hücumun Suriyada fəaliyyət göstərən kürd qruplaşması olan YPG-nin nəzarətində olan ərazidən törədildiyini iddia edir və Ankaranın yerli kürd qüvvələri PKK ilə əlaqəli olduğunu deyir.

Seçilən
4
1
publika.az

2Mənbələr