AZ

​“Bundan böyük sosial rifah göstəricisi təsəvvür edə bilmirəm” - Nazir müavini

“Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın orta məbləği 2,7 dəfə artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bu gün biz tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb. Yəni bundan böyük sosial rifah göstəricisi mən təsəvvür edə bilmirəm. Minimum əmək haqqı 2,7 dəfə, orta aylıq əmək haqqı 82 faiz artımlar əldə olunub. Sosial ödənişlərlə bağlı islahatlarımız ardıcıl xarakter daşıyır. Danışdığımız bu beşinci sosial islahat zərfində də bu istiqamətdə islahatlar nəzərdə tutulub və qeyd etdiyim kimi, büdcədə bunun da maliyyə təminatı müəyyən edilib”, - deyə nazir müavini bildirib.  

Onun sözlərinə görə, əmək pensiyaları sahəsində də geniş islahatlar olub: “Bu islahatlar pensiyaların məbləğlərinin, yəni minimum pensiya məbləğinin orta pensiya məbləğinin artırılmasına yönəlib. Eyni zamanda burada inzibatçılığın təkmilləşdirilməsinə yönələn, sığorta pensiya sisteminin əhatə dairəsinin böyüməsinə yönələn islahatlar olub. 

Qeyd etmək lazımdır ki, ötən müddət ərzində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb. Müavinət və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin məbləği 5 dəfə artıb. Ünvanlı dövlət sosial yardımla bağlı məsələlər burada müzakirə olundu. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın orta məbləği 2,7 dəfə artıb və bu günləri bu proqramın həyata keçirilməsinə də büdcədə artımla vəsait nəzərdə tutulub”.

Nuranə Daxilqızı

Seçilən
12
6
qafqazinfo.az

10Mənbələr