AZ

Türkiyə sərhədində savaş başladı – 32 bölgə ələ keçirildi

Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan silahlı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması arasında toqquşmalar gedir.

News24.az xəbər verir ki, səhər saatlarında başlayan qarşıdurmalarda HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan 32 bölgəni ələ keçirib.

Rejim əleyhdarı silahlı qruplaşmalar Hələb şəhər mərkəzinin 8 kilometrliyinə daxil olub və qarşıdurmalar davam edir. 

Beləliklə, HTŞ-nin bu gün nəzarət altına aldığı bölgə 138 kvadrat kilometr əraziyə çatıb. Münaqişə davam edərkən Əsəd rejimi müxtəlif silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.

Rejimlə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan 10 min dinc sakin İdlib çölünə sığınıb.

Aynurə

Seçilən
24
news24.az

1Mənbələr