2024-cü ilin ilk 7 ayında Mərkəzi Asiya ölkələrindən Rusiyaya köçən miqrantların sayı 17,9% azalıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-iyul aylarında Rusiyaya 260,4 min miqrant gəlib ki, bunun da 60 faizi (156,2 min nəfər) Mərkəzi Asiya ölkələrindəndir.
Tacikistan Rusiyaya gələn miqrantların əsas mənbə ölkəsi olaraq qalır. 2024-cü ilin ilk yeddi ayında bu ölkədən Rusiyaya 74 min nəfər gəlib ki, bu da 2023-cü illə müqayisədə 26,5% azdır.