AZ

Banklar 10 ayda əhaliyə 726 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 noyabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 725.8 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 245.9 milyon manat (51.2%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-oktyabr aylarında banklar 479.9 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 969.4 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
16
banco.az

1Mənbələr