AZ

Avropa Rusiya ilə müharibə vəziyyətindədir

Avropa

“Avropa Rusiya ilə “müharibədən əvvəlki vəziyyətdə” deyil, “əsl müharibə” vəziyyətindədir”.

Reyting.az
“Sky News”ə istinadla xəbər verir ki, bunu MI6-nın (Britaniya Xarici Kəşfiyyat Xidməti) keçmiş rəhbəri Riçard Dirlov deyib.

Riçard Dirlov bildirib ki, Polşanın baş naziri Donald Tuskun Avropanın müharibədən əvvəlki dövrdə olması ilə bağlı qiymətləndirməsi ilə razılaşmır.

R. Dirlov düşünür ki, ruslar Avropa ilə müharibə vəziyyətindədir: “Donald Tusk bunu müharibədən əvvəlki vəziyyət adlandırsa, hesab edirəm ki, o, yanılır. Bu, əsl müharibədir”.


R. Dirlov

MI6-nın keçmiş rəhbəri əlavə edib ki, ruslar Avropanın müxtəlif ölkələrində çox aqressiv addımlar atırlar.

Qərb liderlərinin Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab verməli və ünsiyyət siyasəti seçməli olub-olmaması ilə bağlı suala cavabında Dirlov deyib ki, həmişə onların rəqibləri və ya düşmənləri ilə dialoquna inanıb. “Düşünürəm ki, biz çox çətin vəziyyətdəyik və yəqin ki, heç bir şəkildə əlaqə saxlamamaqdansa, Rusiya ilə hansısa dialoq aparmaq daha yaxşıdır. Amma mən anlayıram ki, Rusiya indi elə durumda deyil ki, Putinlə danışmaq çox asan olsun”,- deyə Mİ6-nın sabiq rəhbəri yekunlaşdırıb.

E. KAMAL
Seçilən
13
reyting.az

1Mənbələr