AZ

"Ermənistan Yunanıstandan göndəriləcək "S-300-lər"i Ukraynaya göndərə bilər”

Ermənistan yeni qurğular almağa başlayıb. Belə ki, bu ölkə Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri almağı planlaşdırır. Lakin "S-300"ləri Ermənistana Rusiya deyil, Yunanıstan verəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Yunanıstan məhz Fransanın təlimatı ilə Ermənistana “S-300”, “Tor-M1” və “Osa-AK” hava hücumundan müdafiə sistemlərini verir:

 

“Əvəzində, Fransa Yunanıstana “Rafael” qırıcıları və digər havadan müdafiə sistemləri verəcək. Yunanıstan bu silahları Ukraynaya vermək yerinə, Ermənistana göndərir. Mövzu Ermənistan olduqda, susqunluq nümayiş etdirirlər və Ukrayna yada düşmür. Düşünürəm ki, Yunanıstanın Ermənistana silahlar verməsi sülh prosesinə mane olmaq və Türkiyə ilə əlaqələrin normallaşmasının qarşısını almaq deməkdir”.

 

Politoloq qeyd etdi ki, Ermənistana verilən havadan müdafiə sistemləri heç də Azərbaycana qarşı təhlükə yaratmayacaq:

 

“Fransa var qüvvəsi ilə Azərbaycana yenə problemlər açmağa çalışır. Baxmayaraq ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamağa can atır. Yunanıstan və Fransa bu silahları göndərməklə Nikol Paşinyanı sülh gündəliyini bağlamağa sövq edirlər. Demək olar, Paşinyan Rusiya silahlarından imtina edir. Digər tərəfdən, fikrimcə, Ermənistan Yunanıstandan göndərilən havadan müdafiə sistemlərini Ukraynaya göndərə bilər”.

 

Günay 
 

Seçilən
15
sfera.az

1Mənbələr