Bu gün iki nağaraçalan məhkəmədə üz-üzə gələcək. Səbəb qavaldaşıdır.
"Natiq" ritm qrupunun rəhbəri istedadlı nağaraçalan "Amarok" zərb alətləri qrupunun rəhbərini məhkəməyə verib. "Amarok" zərb alətləri qrupunun artıq dövlət tədbirlərinə dəvət alması deyəsən qısqanclığa səbəb olub. Bu il "Formula"nın açılışında və digər rəsmi tədbirlərdə "Amarok" qrupu çalıb qavaldaş nağarada.
Azadmedua.az xəbər verir ki, mülkiyyət hüququ pozulması iddiası ilə Natiq Şirinov qarşı tərəfdən 55 min manat təzminət istəyir. Əqli Mülkiyyət Şəhadətnaməsini əsas gətirərək bildirir ki, qaval daşı maketi onun mülkiyyətindədir. 2 ildir davam edən məhləmə çəkişməsinə Sumqayıt Məhkəməsində baxılıb qərar veriləcək. Qarşı tərəf Sumqayıt sakinidir. 2 ildir ki ekspertizalar təyin edilib. Qavaldaş nağaraların ölçüləri müxtəlifdir. Əvvəllər də Azərbaycanın tanınmış nağara ustaları Qobustanda qavaldaşını çalıblar. Belə çıxır ki, müasirlər də onlardan oğurlayıb. İşə hakim Aynur xanım Behbudova baxır. Ədalətli hökmü Aynur xanım verəcək. Xatırladaq ki, "Amarok" zərb alətləri qrupunun rəhbəri Cahangirov Ramil Ramiz oğludur.
Məhkəmədən sonra qərar məqaləyə əlavə ediləcək. İstinad mütləqdir.
Elnurə