AZ

Hələbə hücum: Rusiya aviasiyası HTŞ bazalarını bombalayır

Hələbə

Suriyada varlığını sürdürən Heyət Təhrir əş-Şam (HTŞ) Hələbin qərbində genişmiqyaslı hücumla 32 bölgəni ələ keçirib.

Reyting.az
xəbər verir ki, qarşıdurmalarda 75 HTŞ yaraqlısının öldüyü bildirilir və onların görüntüləri sosial şəbəkələrdə də yayılıb.

Hazırda Hələbin mərkəzinə doğru qarşıdurmalar intensivləşir. HTŞ Hələb şəhər mərkəzinin 5 kilometrliyinə qədər irəliləyib. Bu günə olan məlumata görə, HTŞ 245 kvadrat kilometr əraziyə nəzarət edir.

Əsəd qüvvələri HTŞ yaraqlılarını artilleriya atəşi ilə hədəfə alıb. Əsədin müttəfiqi Rusiya aviasiyası da HTŞ bazalarına hücum edib. Rusiya təyyarələrinin aşağı hündürlükdə uçduğu anlar kameralara düşüb. HTŞ-nin Telegram kanalında yayılan görüntülərdə Rusiya ordusunun üç əsgərinin əsir götürüldüyü əks olunub. Başqa bir görüntüdə isə Suriya əsgərlərinin geri çəkildiyi görünür.

Əsəd rejimi ilə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınır.

V. QULİYEV

Seçilən
39
47
reyting.az

10Mənbələr