AZ

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edib

Rusiya
Rusiya qüvvələrinin Ukraynanın enerji obyektlərinə genişmiqyaslı hücumları nəticəsində ölkə üzrə elektrik fasilələri yaranıb. 1news.az xəbər verir ki, bunu UkraynanınEnergetika naziri Herman Haluşenko deyib.
O, vətəndaşları sığınacaqlara getməyə çağırıb. Bildirilib ki, hücumlar nəticəsində Odessa şəhərində bir nəfər yaralanıb, Xarkovda mülki yaşayış məntəqələri bombalanıb. Lutskda partlayışlar nəticəsində elektrik enerjisi kəsilib. Paytaxt Kiyev və digər bölgələrdə hava hücumu xəbərdarlığı elan olunub.

Ukrayna hakimiyyəti əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Seçilən
19
1news.az

1Mənbələr