AZ

“Az qala bir döyüş əməliyyatı itkisidir” – Tovuzdakı qəza

“Dünən axşam Tovuzda baş verən faciəvi qəza çılpaq bir həqiqəti bir daha göstərdi”.

“AzPolitika” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Tovuzda 6 nəfərin həlak olması ilə nəticələnən qəzanın səbəbləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünya mediasının da gündəminə düşəcək bu qəza təkrarən göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq məsələsi deyil: “Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan dövlət proqramında idi”.

Hüquqşünas qeyd edir ki, bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı…

“Bir daha vurğulamaq istəyirəm ki, bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək. Yanaşmalar dəyişməlidir, real iş görülməlidir”, – o vurğulayıb.

Ə.Hüseynov hesab edir ki, dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçirilmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da dövlət proqramında yazılmışdı: “Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər…

Seçilən
30
9
tribunainfo.az

10Mənbələr