İslam-Şərq mədəniyyəti, tarixi və ədəbiyyatı mənim bəlkədə həyatımın parçasıdır. Şərqi bütün ruhumla duymağa, anlamağa, öyrənməyə çalışmağımda buradan qaynaqlanır. Çinşünaslıq Şərqşünaslıq okeanında sadəcə kiçik bir adadır. Şərq fəlsəfə və düşüncəsini günümüzə açmaq, insanlara çatdırmaq bəlkə qəlizdir. Anlamağa çalışsanda bir çoxları bunu bacarmırlar. Bu sirrlərdən biridə məhz Mehmet Akif Ərsoydur. Tam 3 həftə sonraTürk dünyasının ABİDƏ şəxsiyyəti Akifin doğum günüdür. Akif sadəcə şair deyil, öz qələmi, mövqeyi, insanlığı, xarakteri və dünyaya baxışı ilə mən açıq şəkildə iddia edirəm Quranın CANLI NÜMUNƏSİ idi. O İslamı, Şərqi tamam başqa şəkildə və gerçəkliklə duymuşdu. Məhşur SAFAHAT kitabının qəhrəmanı ASIM personajı ilə bir müsəlmanın həyatda necə yaşamalı, hansı fikirlərə sahib olması barədə bizləri bilgiləndirir.
Mehmet Akif sadəcə əruz vəznindəki şeirlərinin gözəllik və fəlsəfəsinə görə deyil, dini, insanı və elmi uca tutan bir ədib olaraq diqqətimi cəlb etməmişdir. Akifin yazdığı Çanakkale şeiri türk əsgərinin, Mehmetçiğin şəhidlik zirvəsinə necə ucaldıldığını oxuduqca Akif, dedim sən necə böyük bir abidəsən... Ona sadə bir məzara deyil, Peyğəmbər ağuşunu layiq görən, sadə daşdan başdaşı deyil Kəbəni başdaşı olaraq layiq görən Akif... Və ən önəmlisi Çanaqqalada şəhid düşən əsgəri İslamın ilk savaşı olan Bədir savaşındakı səhabəyə bənzədən ulu şair... Daima Çanakkale şeirini oxuduğumda Akifin niyə türk əsgərini Malazgirt döyüşündəki Sultan Alparslana, Mohaçdakı Malkoçoğluna, İstanbulun fəthindəki Ulubatlı Həsənə deyil də, məhz Bədir savaşında Peyğəmbərin səhabəsinə bənzətməsi məndə sual yaradırdı. İllər sonra bunun cavabını İslam tarixində tapdım.
Şərq dünyasını bilən, oxuyan, bu sahədə təcrübəyə malik olan bir gənc olaraq dünya savaşlarının tarixinə, məqsəd və hədəflərinə baxdıqda görürəm ki, sağdan saysam 5 çıxar, soldan saysam 5 çıxar.....Yaşam və Şərəf üçün savaşlar olmuşdur...Ölkəni genişlətmək üçün olmuşdur. Var-dövlət əldə etmək üçün olmuşdur...Ya da talan düşüncəsi ilə olmuşdur ya da ki, iqtidar mübarizəsi səbəbi ilə olmuşdur.... Amma tarixdə yalnızca BƏDİR savaşı bunlara aid deyildir. BƏDİR savaşı əslində nəfər baxımından böyük savaş sayılmaz. Çünki, Peyğəmbərin Mədinə ordusunda 300 nəfər, Qureyşin təmsil etdiyi Məkkə ordusunda 1000 nəfər var... Bəs Akif bu savaşda nə gördüdə Çanakkale savaşını Bədirə bənzətdi..? Bu savaşa baxdığımızda oraya gələn insanların az əvvəlki məqsədlər üçün gəlmədiklərini görürük. Mal-mülk, torpaq, titul, talan üçün gəlmədilər. Ordudakı insanlara təhlil etdikdə bunu görəcəyik zatən.
Müsəlmanların 300 nəfərlik ordusunda bəyaz parçadan bayraq düzəldib bayraqdar olan biri var. Kim..? Əbu Hüzeyfə. İslamı ilk qəbul edənlərdən. Qarşısında Qureyşin bayrağını tutan kimdir...? ATASI MƏKKƏ LİDERİ ƏBU SÜFYANIN QAYINATASI MÜAVİYƏNİN BABASI ÜTBƏ BİN RABİA...Müsəlmanların komandiri isə Peyğəmbərin əmisi Allahın aslanı dedikləri HƏMZƏ... Qarşısındakı isə müşriklərin komandiri böyük qardaşı ABBAS...Həmzənin solunda Hz. Əli... Əlinin qarşısında isə böyük qardaşı ƏQİL... Ata ilə oğul, qardaş ilə qardaş üz-üzə... Peyğəmbər bunu görən kimi çadırına çəkildi və 2 rükət namaz qıldıqdan sonra əllərini açıb dua etməyə başladı. Ya Allah dedi: bugün burda sənin dinin üçün, Tövhid üçün savaşmağa gəldik. Məndən öncəki Peyğəmbərlərə verdiyin müjdəni yerinə yetir və bizi müzəffər et. Çünki bizlər burada həlak olsaq bir daha sənə əl açıb dua edəcək bir kimsə qalmayacaq. Bu savaşda Məkkə liderlərindən Haşim bin Üməyyə, Əbu Cəhil, Ütbə bin Rabia və Ütbənin qardaşı Şaibə, oğulları Hənzələ və Vəlid həlak oldular.
Mehmet Akif Çanaqqalanı hər hansı bir savaş olaraq görmür. Tövhid və Şirkin var olma, yox olma savaşı olaraq gördüyü üçün türk əsgərini Allahın əsgəri, Peyğəmbərin səhabəsinə bənzədir. Çünki Akif bilir ki, Çanaqqala boğazına gələn ingilis, fransız, italyan orduları talan, torpaq, mal-mülk üçün gəlməyib. İslamın son qalası olan Osmanlını və onun qılıncı olan TÜRK MİLLƏTİNİ yox etməyə gəlib. Bu səbəbdən Çanaqqala şeirində əsgəri səhabə idealında görərək ona müraciət edərkən: Nə böyüksən ki, qanın qurtarır tövhidi, Bədrin aslanları ancaq bu qədər ŞANLI İDİ deyir...Bu eyni zamanda Akifin sadəcə bir ədib olaraq deyil, tarix bilgisi, din bilgisi yüksək olan intellektual insan olduğunu gözlər önünə sərir.
Mehmet Akif elə bir zamanda dünyaya gəlib ki, türk millətinin qolları, qanadları, ayaqları, əlləri kəsilirdi. Bir millətin millət olması üçün Dövlət Himni və Bayrağı olmalıdır. İstiqlal marşı bu xalqın qəhrəmanlığını, bu xalqın inamını, bu xalqın mübarizə eşqini zirvəsində bizə əks etdirən bir himndir. Qurtuluş savaşının o günlərində Mehmet Akif milli-mənəvi hissləri zirvəyə çatdıraraq bu millətin övladlarını vətənin müdafiəsinə yönəltdi. Mehmet Akif haqqında fikrim budur ki, Akif yaşayan Quran idi. İstər xarakter quruluşu, istər ailə həyatı, istər qonşuluq münasibətləri, istər dostluqda sədaqəti, hamısı nümunəvidir. “Quran prizmasından baxsaq, son insan nümunəsi Mehmet Akifdir.
Fikirlərimi isə bu böyük şəxsiyyətin gözəl şeiri ilə sonlandırmaq istəyirəm.
Sen ki, İslâm'ı kuşatmış, boğuyorken hüsran,
O demir çenberi göğsünde kırıp parçaladın.
Sen ki, a'sâra gömülsen taşacaksın... Heyhât
Sana gelmez bu ufuklar, seni almaz bu cihât..
Ey şehid oğlu şehid, isteme benden makber,
Sana âguşunu açmış duruyor Peygamber.
Pərviz Əliyev
visiontv.az