UEFA Çempionlar Liqasının 5-ci turunda "Monako"ya 3:2 hesabı ilə qalib gələn "Benfika"nın heyətində Anxel Di Maria iki məhsuldar ötürmə edib.
Fanat.Az xəbər verir ki, Portuqaliya təmsilçisinin argentinalı vingeri bu "dubl" sayəsində həmyerlisi Lionel Messini qabaqlayıb.
"Opta"-nın məlumatına görə, Di Maria qitənin ən nüfuzlu klub turnirində qolla nəticələnən ötürmələrinin ümumi sayını 41-ə çatdırıb. Messinin hesabında 40 məhsuldar ötürmə var.
Bu göstəricidə lider Kriştianu Ronaldudur - 42.