Avtomobil sənayesinin nəhənglərindən olan Yaponiyanın \"Nissan\" şirkəti yeni investor tapılmasa, müflis ola bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət rəsmisi açıqlamasında deyib.
Bildirilib ki, şirkət satışlarının azalması səbəbindən ilk mərhələdə 9 min nəfəri ixtisar etməyi və istehsal gücünü 20 faiz azaltmağı planlaşdırır.
Qeyd edək ki, sözügedən şirkətdən başqa daha bir yapon nəhəngi olan \"Mitsubishi\" şirkəti də müflisləşmə təhlükəsi altındadır.
Mikayıl