Bakı. Trend:
Gözlənilir ki, gələn ilin yazında Bakıda Azərbaycan-LatviyaHökumətlərarası Komissiyasının iqtisadi, elmi-texniki və mədəniəməkdaşlıq üzrə doqquzuncu iclası keçiriləcək.
Bu barədə Trend-ə LatviyanınAzərbaycandakı səfiri Edqars Skuya deyib.
"COP29 konfransı zamanı Latviyanın kənd təsərrüfatı naziriBakıya səfər etdi. O, Latviya tərəfdən həmsədrlik edir, Azərbaycantərəfindən isə ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev təmsil olunurdu. Görüş zamanı razılığagəldilər ki, yaz aylarında komissiyanın işi davam etdirilsin vənövbəti iclas Bakıda keçirilsin. Dəqiq tarixi söyləmək çətindir,lakin çox güman ki, bu, aprel və ya may ayında olacaq. Bu, bizimplanlarımızın əsas hissəsidir", — deyə səfir bildirib.
O qeyd edib ki, Hökumətlərarası Komissiya 2022-ci ildən bəriiclas keçirməyib.
"Əminəm ki, bu iclasda hökumətlər, nazirliklər, idarələr vədigər qurumlar səviyyəsində mövcud olan bütün vacib məsələlərmüzakirə olunacaq. Komissiyanın işi çərçivəsində bir sıraprotokollar və razılaşmaların imzalanması da mümkündür.Məqsədlərdən biri müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsiyollarını müzakirə etməkdir. Gözləyirik ki, müzakirə üçün zəngin vəhərtərəfli gündəlik olsun", — deyə səfir əlavə edib.
Qeyd edək ki, əvvəlki iclas 2022-ci il mayın 20-də Riqadakeçirilmişdi. Bu, Azərbaycan və Latviya arasında əməkdaşlığıngücləndirilməsi üçün vacib bir addımdır və qarşıdan gələn iclas həriki ölkənin iqtisadi, mədəni və texniki əlaqələrini daha da inkişafetdirmək məqsədi daşıyır.