AZ

Özünüməşğulluq proqramı gələn il 100 min ailəni əhatə edəcək

Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən iclasında bildirib.

“Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır.

Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək və o qüsurların da arxasında fakt yoxdursa, hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”, – deyə komitə sədri bildirib.

Seçilən
20
8
konkret.az

9Mənbələr