AZ

Müstəqilliyin mübarək, Albaniya!

Bu gün Albaniyada Müstəqillik günüdür. 1912-ci ildə ölkənin Osmanlının tərkibindən çıxaraq müstəqilliyini elan etməsi Albaniyada bayram günü kimi qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

 

Məktubda deyilir ki, son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan verib. "Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda deyilir.

 

Milli Məclisin Azərbaycan-Albaniya Parlamentlərarası İşçi Qrupunun sədri Elman Nəsirov Modern.az-a açıqlamasında bildirib ki, Albaniya-Azərbaycan münasibətləri dinamik inkişaf tempinə malikdir.

 

"Siyasi dialoq və iqtisadi-ticari əməkdaşlıq baxımından münasibətlərimizin inkişafının geniş potensialı var. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Cənab Prezident İlham Əliyev Albaniya Baş nazirini qəbul edərkən qeyd edib ki, İkinci Qarabağ müharibəsində ermənipərəst beynəlxaq dairələr Azərbaycan əleyhinə qətnamə qəbul etmək istəyərkən BMT çərçivəsində Albaniya da Azərbaycanın haqq işini müdafiə etdi, beləliklə də, qətnamə qəbul edilmədi. Oktyabrın sonunda Albaniyanın ölkəmizə fövqəladə və səaliyyətli səfiri təyin edilib. Cənab Prezident onu qəbul edərkən də söyləyib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Ticarət, iqtidasi, turizm, kənd təsərrüfatı, nəqliyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın çox geniş potensialı var və ondan da uğurla istifadə edilir".

Parlamentari bildirib ki, Azərbaycan təbii qazının Avropa bazarına çıxarılmasında 7 ölkə ilə əməkdaşlıq edir  və bu dövlətlərdən biri də Albaniyadır:

 

"Albaniya tranzit ölkədir və Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçməklə Avropa bazarına çatdırılır. Bu baxımdan da bizim münasibətlərimizin enerji təhlükəsizliyi sferasında çox yaxşı əsaslar formalaşıb. Bütövlükdə həm iqtisadi, həm enerji təhlükəsizliyi maraqları, Azərbaycanın haqq işinin beynəlxalq aləmdə müdafiəsi baxımdan bizim əməkdaşlığımız üçün çox ciddi əsaslar formalaşıb. Dost ölkələrlə münasibətlərin inkişafında bundan sonra da maraqlıyıq, bunun üçün böyük potensial var. Bu potensialdan maksimum istifadə etmək əsas hədəflərimiz sırasındadı. Azərbaycan-Albaniya Parlamentlərarası İşçi Qrupunun sədri olaraq, Albaniyanı Milli Bayramı müansibətilə ürəkdən təbrik edirəm. Albaniya xalqına və dövlətinə bundan sonrakı fəaliyyətində rifah və uğurlar arzu edirəm. İnanıram ki, əlaqələrimizin bundan sonrakı inkişafı üçün çox mühüm hadisə kimi normativ baza formalaşıb. Nəticə etibarilə bu, hər iki xalqın və dövlətin maraqlarına cavab verir". 

Seçilən
7
1
modern.az

2Mənbələr