AZ

Heç evlənməyən birinə boşanma kağızı gəldi: "Mən indi kiminlə boşanacam?"

Türkiyədə heç evlənməyən şəxsə boşanma ilə bağlı məhkəmə məktubu gəlib.

Bakıvaxtı.az xəbər verir ki, maraqlı hadisə İzmirin Bayraklı rayonunda yaşayan Aytuğ Arduçun başına gəlib.

Məlumata görə, daha əvvəl heç vaxt evli olmayan Arduç Adıyaman Gölbaşı 2-ci Mülki Asliye Məhkəməsinin öz adına göndərdiyi “Ev birliyinin təməli sarsıldığı üçün boşanma (mübahisəli)” məktubunu görəndə heyrətə gəlib.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrənib və sevgilisinə vəziyyəti izah edərkən mübahisə etdiklərini bildirib:

"Mən 32 yaşındayam. Heç vaxtda evlənməmişəm. İndi kiminlə boşanacağımı da bilmirəm. Mənim sevgilim var. Vəziyyəti ona deyəndə əvvəlcə əsəbləşdi və mübahisə etdik. Sonra o da burada bir yalnışlıq olduğuna inandı".

Mina Mikayılova

Seçilən
47
bakivaxti.az

1Mənbələr