AZ

Bu gün Gürcüstan parlamentində hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək

Bu gün Gürcüstan parlamentində hakim “Gürcü Arzusu”nun təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament həmçinin hökumətin “Avropaya yalnız sülh, ləyaqət və firavanlıqla” adlı hökumət proqramına etimad göstərəcək.

İrakli Kobaxidzenin yenidən baş nazir postunu tutacağı hökumətin tərkibində üç yeni nazir olacaq.

Xatırladaq ki, 26 oktyabr seçkilərinin nəticələrini və parlamentin legitimliyini tanımadıqlarını bəyan edən müxalifət partiyaları qanunverici orqanı boykot ediblər. Parlamentin sessiyalarında yalnız “Gürcü Arzusu” partiyasının deputatları iştirak edir. Hökumətin təsdiqlənməsi üçün 76 deputatın dəstəyinə ehtiyac var. Hakim partiya parlamentdə 88 deputatla təmsil olunur.

Seçilən
0
1
apa.az

2Mənbələr