Milli Hidrometeorologiya Mərkəzinin sinoptikləri ardıcıl olaraq üç gündür paytaxtda və Abşeronda yağış yağacağını vəd edirlər, lakin bu yağış hələ də yağmır. Noyabrın 29-na da intensiv yağış proqnozlaşdırılıb.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. Rütubət 80-85% təşkil edəcək.
Ölkənin şərq rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Dağlıq ərazilərə qar yağacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq. Dağlarda gecə 8 dərəcəyədək şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.