AZ

“Hinduşka” bayrama hazırlaşır

Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları “hinduşka” əti indi 19-20 manata təklif olunur. 

"Cebheinfo.az" xəbər verir ki, satıcılar da qiymətlərin qalxdığını deyirlər. Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə qiymət artımı var. Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. 

Xüsusən, “hinduşka”, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir. İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda ən çox qiyməti artan ərzaq məhsullarından biri də ətdir:

“”Hinduşka” ətinin bahalaşması yem bazarındakı qiymət artımı ilə əlaqəlidir. 

Eyni zamanda, “hinduşka” əti istehlalçıları da başqa ərzaq məhsulları istehlakçılarıdır. Hər sahədə qiymət artımı müşahidə olunursa, onlar da satdıqları məhsulun qiymətini artırmalıdırlar ki, əldə etdikləri vəsaitlə digər ehtiyaclarını ödəsinlər. 

Ümumi qiymət artımı varsa, bu, digər sahələrə də təsir edir. İnflyasiyanın azalması prosesi baş verməsə, proses belə davam edəcək”. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr