AZ

MİDA-nın Hövsan qəsəbəsində inşa edəcəyi beş binaya 30 milyon manat ayrılacaq

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş çoxmənzilli yaşayış binası inşa edəcək.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, agentlik bu layihə üçün hazırlıqlara başlayıb. Binaların inşası üçün 2,31 hektar torpaq sahəsi ayrılacaq. Ərazidə həmçinin mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA-nın bu işləri icra etmək üçün təxminən 30 milyon 87 min 79 manat 22 qəpik (30.087.079,22 AZN) vəsait ayrılacağını proqnozlaşdırır.

Seçilən
16
fins.az

1Mənbələr