AZ

Azərbaycanda sığorta yığımları azalan şirkətlərin SİYAHISI

2024-cü ilin yanvar-oktyabr ayları arasında Azərbaycanda sığorta şirkətlərinin yığımlarında əhəmiyyətli azalmalar qeydə alınıb.

Fins.az Mərkəzi Banka istinadən apardığı hesablamalara əsasən, yığımları ən çox azalan sığorta şirkətləri açıqlanıb.

"İpək Yolu Sığorta" ASC 2024-cü ilin 10 ayında 5 milyon 306 min manat sığorta haqqı toplayıb, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 243 min manat (65,9%) azalma deməkdir. Ötən ilin müvafiq dövründə şirkət 15 milyon 549 min manat sığorta haqqı yığıb.

"Bakı Sığorta" ASC-nin yığımları da əhəmiyyətli dərəcədə azalıb. Şirkət bu ilin 10 ayında yalnız 1 milyon 951 min manat sığorta haqqı toplayıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 844 min manat (65,1%) azalma təşkil edir. 2023-cü ildə şirkət 4 milyon 368 min manat sığorta haqqı yığıb.

"Aqrar Sığorta" ASC-nin yığımları 15,8% azalıb. Şirkət 2024-cü ilin 10 ayında 12 milyon 449 min manat sığorta haqqı toplayıb, bu isə 2023-cü ilin müvafiq dövründəki 14 milyon 781 min manata nisbətən 2 milyon 332 min manat azdır.

"Qala Həyat" Sığorta Şirkəti ASC-nin yığımları da 5,1% azalıb. Şirkət bu ilin 10 ayında 20 milyon 361 min manat sığorta haqqı toplayıb. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 21 milyon 449 min manat olub.

Fuad Mədətov
Fins.az

Seçilən
8
2
fins.az

3Mənbələr