AZ

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
 
Əmrə əsasən, polkovnik Ələsgərov Elçin Rasim oğlu vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
 
Nazirin digər əmri ilə mayor Bayramov Fərman Telman oğlu Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. 
 
Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub. 
 
Seçilən
10
22
valyuta.az

10Mənbələr