ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Britaniya hava bazaları üzərində naməlum PUA-lar görünməkdə davam edir. Bu barədə “The Times” qəzeti ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Lakenheath və Mildenhall bazaları, həmçinin Feltvell və Fairford yaxınlığında və üzərində noyabrın 20-dən kiçik pilotsuz aparatların uçuşları qeydə alınıb.
Noyabrın 26-da 60-a yaxın britaniyalı hərbi ekspert onları izləmək və məhv etmək üçün əks İHA sistemini Birləşmiş Krallıqdakı ABŞ hava bazalarına yerləşdirilib.
Britaniya müdafiə nazirinin müşaviri Maria Eagle qeyd edib ki, Böyük Britaniya hökuməti şəxsi heyəti və bazaları qorumaq üçün tədbirlər həyata keçirir. O, dron uçuşlarının arxasında duranların aşkarlanaraq qanun çərçivəsində tam şəkildə cəzalandırılacağını bildirib.
Oxuməni.az