AZ

"Bu, regionda geosiyasi vəziyyəti xarakterizə edir" - Lukaşenko

KTMT-nin sammitində erməni tərəfinin iştirak etməməsi regionda və müəyyən dərəcədə KTMT-nin özündə də mövcud geosiyasi vəziyyəti xarakterizə edir.

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin Astana sammitində çıxışı zamanı bildirib.

"Bu gün birinci çıxış etmək şərəfinə nail oldum, çünki erməni həmkarlarımız sessiyada iştirak etmirlər. Yeri gəlmişkən, bu, həm regionda, həm də müəyyən dərəcədə bizim təşkilatda mövcud geosiyasi vəziyyəti xarakterizə edir", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu 

Seçilən
11
1
unikal.az

2Mənbələr