Rusiya ötən gecə Ukraynaya 90 raket və 100 PUA ilə kompleks zərbə endirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, ötən gecə Rusiya Ukraynada raket və PUA hücumu nəticəsində 17 hədəfi vurub.
Putin deyib ki, Rusiya Bryansk və Kursk vilayətlərinə uzaq mənzilli raket hücumlarına cavab olaraq “Oreşnik” raketlərini sınaqdan keçirməyə məcburdur.
Rusiya prezidenti qeyd edib ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib.
Putin Ukrayna rəhbərliyini tamamilə qeyri-legitim, hakimiyyəti qəsb edən və hətta orduya əmr vermək hüququna malik olmayan adlandırıb.