"İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messi şərab biznesinə başlayıb.
Publika.az xəbər verir ki, o, "MM Winemaker SA" ilə birlikdə fərdiləşdirilmiş şərab seriyasını hazırlayıb. Ulduz futbolçu məhsula "Lionel Collection" adını verib. O, yeni növ şərablarla bağlı sosial şəbəkə hesabında paylaşım edib və izləyicilərindən onun dadına baxmasını istəyib.
"Lionel Collection" İtaliyanın Kampanya, Puqliya və Siciliya kimi bölgələrindəki zavodları ilə tanınan nüfuzlu şərab istehsalçısı MM tərəfindən hazırlanacaq. Yaxın aylarda kolleksiyaya yeni növlər də əlavə edilə bilər.
Heybət