Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndəticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminaldeyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyatakeçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarətitədbirlərini davam etdirir.
Dövlət Xidmətindən Trend-ə verilöən məlumata görə, nəzarət tədbirlərizamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsızödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çoxsahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığıaşkarlanıb.
Bildirilib ki, həmin sahibkarlıq subyektləri ilə bağlıprotokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədəqərarlar qəbul edilib.
"Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim edilməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğunolaraq POS-terminalların quraşdırılması, “Elektron ticarəthaqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etməkimkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinəaiddir", - deyə məlumatda qeyd olunub.