Paytaxt klubu azarkeşləri lazer işıqdan istifadə etdiyinə görə 500, oyundan sonu meydana kənar şəxslər çıxdığına görə isə 800 manat cərimələnib.
Bəs “Səbail”, necə deyərlər, heç nədən 1300 manat cərimələnməsinə görə hansısa tədbir görməyi düşünürmü? Klubun mətbuat katibi Rəşad Məmmədovun “Football-plus.az”a cavabı:
“Qarabağ”la oyundan sonra azarkeş meydana “Qarabağ”ın fanklubunun yerləşdiyi ərazidən daxil olub. Bununla bağlı əlimizdə videogörüntü də var. Hətta o azarkeş məhz rəqib komandanın oyunçuları ilə şəkil çəkdirmək üçün meydana çıxıb. Biz bu məsələ ilə bağlı oyun bitən kimi AFFA nümayəndəsinə məlumat verdik. Hər klub öz azarkeşlərinə görə məsuliyyət daşımalıdı. Təəssüf ki, biz cərimələndik. Ancaq əlimizdə olan görüntüləri Peşəkar Futbol Liqasına da göndərmişik”.
AYGÜN MİRZA