AZ

Naina İbrahimova 150 ölkənin iştirak etdiyi gözəllik yarışmasında

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

Kulis.az xəbər verir ki, yarışma ötən gün start götürüb.

Aktrisa bununla bağlı Misirə yollanıb.

Yarışmanın münsiflərinin arasında Azərbaycandan modelyer Leyla Əhmədova da var.

51 yaşlı N.İbrahimova ötən gün açılış mərasimində podiuma çıxıb. Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərdə iştirak edəcək və şəhəri gəzəcəklər.

Yarışmanın finalı dekabrın 6-da olacaq.

Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.

Seçilən
10
kulis.az

1Mənbələr