AZ

“Rusiya Ukraynaya hücum zamanı kaset mərmilərindən istifadə edib” - Zelenski

“Rusiya noyabrın 28-də Ukraynaya kütləvi hücum zamanı kaset mərmiləri olan Kalibr raketlərindən istifadə edib”. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Teleqram” kanalında məlumat yayıb.

“Bir neçə regionda, xüsusən də mülki infrastruktura kaset bombaları ilə çaplı zərbələr qeydə alınıb”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu, Rusiya terrorçularının taktikasının çox çirkin eskalasiyasıdır.

Zelenski qeyd edib ki, ehtiyac duyulan bütün ərazilərə lazımi qüvvələr cəlb olunub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr