İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş baş məşqçi Erik ten Haqa və komandanın “sükanı arxasına” yeni dəvət etdiyi Ruben Amorimə görə Portuqaliya təmsilçisi “Sportinq”ə ödədiyi təzminat məbləği bəlli olub.
İndex.az “Metro”ya istinadən xəbər verir ki, bu barədə Mançester təmsilçisinin maliyyə hesabatında bildirilib.
Rəhbərlik müqavilə müddəti bitməmiş klubdan ayrılan Ten Haq və köməkçilərinə ümumilikdə 10,4 milyon funt-sterlinq ödəyib. “Sportinq”dən vaxtından əvvəl ayrılan R.Amorimə görə isə 11 milyon funt-sterlinq xərclənib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 16 xalla 12-ci yerdə qərarlaşıb.