AZ

“TikTok“ 18 yaşdan kiçik gənclərə nəyi qadağan edəcək?

"TikTok "18 yaşdan kiçik gənclərə effekt vasitəsilə gözlərini süni şəkildə böyütməyi, dodaqlarını dartmağı, dəri tonunu yumşaltmağı və ya dəyişməyi qadağan edəcək.

Xəzərnews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu dəyişiklikləri Dublindəki Avropa qərargahında keçirilən təhlükəsizlik forumunda açıqlayıb.

Bu qadağalar "Bold Glamour" kimi filtrlərə şamil ediləcək.

Buna səbəb uşaqların psixi sağlamlığı ilə bağlı narahatlıqlar olub. Mütəxəssislərin fikrincə, gözəllik filtrləri internetdə mükəmməl görüntüyə alışmış gənclərin real görünüşü haqqında mənfi düşünməsinə səbəb olur.

Xəbər 4 dəfə oxunub.
Seçilən
4
4
xezernews.az

6Mənbələr