Ukrayna prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Zelenski özünün “Teleqram” kanalında məlumat yayıb.
Zelenski bildirib ki, onlar Rusiyanın Ukraynaya bugünkü raket hücumunu müzakirə ediblər.
Ukrayna lideri Böyük Britaniyaya genişmiqyaslı dəstəyə, xüsusən də Kiyevin ehtiyacları üçün hər il ən azı 3 milyard funt sterlinq ayırmağa hazır olduğuna görə təşəkkür edib.
“Hadisələrin hər hansı inkişafı qarşısında Ukraynanı ən güclü mövqeyə qoymalı olan addımlarla bağlı Avropa liderləri ilə sıx əlaqə saxlamağa razılaşdıq. Bunun üçün Ukraynaya NATO-ya dəvət və uzaqmənzilli imkanların daha da inkişaf etdirilməsi lazımdır”, - deyə Zelenski vurğulayıb.
Zelenski həmçinin qeyd edib ki, biz Starmerlə Ukrayna və Böyük Britaniya arasında bir illik tərəfdaşlıq haqqında sazişin hazırlanmasını sürətləndirmək barədə də razılığa gəldik.
Daşqın HəsənovMissiya.Az