İsrail “Hizbullah”la atəşkəs razılaşmasını təsdiqləyib...
Əli Zülfüqaroğlu: “İstər Qəzzada əməliyyatların aparılması, istərsə də, Livanla əməliyyatların aparılması onu deməyə əsas verirdi ki, İsrailin indiki hakimiyyəti Livandan sonra Suriyanın işğalına başlayacaqdı”.
“Düşünürəm ki, hazırkı qərar İsrailin dövlət maraqlarına uyğundur. Amma sionizmin maraqlarına uyğun deyil”.
Bu sözləri politoloq Əli Zülfüqaroğlu İsrail-“Hizbullah” atəşkəsini Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, İsrail “Hizbullah”la atəşkəs razılaşmasını təsdiqləyib. Razılaşmaya görə, İsrail ordusu Livan ərazisindən 60 gün müddətində çıxmalı, sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirilməlidir. Bundan başqa, “Hizbullah” da Cənubi Livanı tərk etməli, buradakı hərbi infrastrukturu dağıdılmalıdır. Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb.
İsrailin “Hizbullah”la atəşkəs razılaşmasını uzun ömürlü hesab etmək olar və Trampın hakimiyyətə gəlməsinə bir addım qalmış bu müqavilə İsrailin maraqlarına, planlarına nə qədər uyğun görünür?
İrailin atəşkəsdə maraqlarını Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.
Əli Zülfüqaroğlu: “İsrailin ənənəvi siyasətini davam etdiməsi mümkün deyil”.
Birmənalı olaraq atəşkəsin əldə olunmasının inandırıcı olmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İsrailin daxilindəki proseslərdən bir sıra məsələlər asılı olacaq:
“Məncə İsrailin maraqları və planlarını doğru təsbit etməyimiz lazımdır. Çünki əsasən İsraildə iki düşüncə var.
1. Sionizm üzərindən xarici siyasətin müəyyənləşməsində;
2. İsrailin hazırkı yerləşdiyi mövqe ilə sərhədlərin müəyyənləşməsi və əmin-amanlığa imza atılması.
Sionizm ideologiyasının daşıyıcı olan hazırki demokratik rejim İsrailin sərhədlərinin genişlənməsində maraqlıdır. Əslində baş verən müharibələr, yəni dövlət adına adekvat olmayan fəaliyyətin götürülməsi İsraili daha çətin vəziyyətə salıb. İstər Qəzzada əməliyyatların aparılması, istərsə də, Livanla əməliyyatların aparılması onu deməyə əsas verirdi ki, İsrailin indiki hakimiyyəti Livandan sonra Suriyanın işğalına başlayacaqdı. Qəzzadakı əməliyyatların əsas mahiyyəti ondan ibarət idi ki, fələstinlilər tamamilə buradan köçürülsün və beləliklə də, Fələstinin hazırkı idarəçiliyinin yerləşdiyi mərkəz tədricən İsrailin nəzərinə keçsin.
Əlbəttə, bu istər dünyada istərsə də, dünya yəhudiləri arasında parçalanmaya gətirib çıxardı və Netanyahuya qarşı etirazlar başladı. Netanyahu bu prinsipləri həyata keçirməkdə bir sıra maraqları güdürdü. Bunun birincisi səbəbi dediyim kimi İsrailin genişlənməsi idi. Yəni teoloji siyasətin həyata keçirilməsi idi. Digər tərəfdən, Netanyahu hakimiyyətə gələndə rüşvət və başqa ittihamlarla günahlandırılırdı. Netanyahu siyasətinin davam etməsi üçün İsrail dövlətinin maraqlarını qurban verdi.
Əli Zülfüqaroğlu: “Bundan sonrakı mərhələdə isə Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı soyqırım iddiaları ilə bağlı da qərar qəbul edə bilər”.
Eyni zamanda Netanyahu ABŞ-da keçirilən seçkilərə dəstək verərək Trampın hakimiyyətə gəlməsinə dəstək verdi. Bunlar da, siyasi koreyasının uzadılması və daha sonra İsrailin teoloji müstəvidə apardığı siyasətin davam etməsinə hesablanırdı. Amma gözlənilməz hadisə baş verdi. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə qərar verdi. Bu da o deməkdir ki, Netanyahu 124 ölkəyə səfər edə bilməz. Bütün Avropa daxil olmaqla İsrailin müttəfiqi Böyük Britaniya bəyan etdi ki, Netanyahu Britaniyaya səfər etsə, həbs olunacaq. Bu da İsrailə böyük diplomatik zərbə oldu və eyni zamanda bu sionizmin qırılma nöqtəsi də ola bilər.
Bunlar əlbəttə, Netanyahunun yürütdüyü yalnış siyasətin nəticəsində baş verdi və İsrailə diplomatik basqıların artmasına gətirib çıxardı. Bundan sonrakı mərhələdə isə Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı soyqırım iddiaları ilə bağlı da qərar qəbul edə bilər. Buna görə də, bundan sonra İsrailin ənənəvi siyasətini davam etdiməsi mümkün deyil. Amma birmənalı olaraq atəşkəsin əldə olunması inandırıcı deyil. Çünki İsrailin daxilindəki proseslərdən bir sıra məsələlər asılı olacaq. İsraildə digər qüvvələrin hakimiyyətə gəlməsindən çox şey asılıdır.
Əli Zülfüqaroğlu: “Müharibələrin davam etməsi ABŞ-ın maraqlarına uyğun deyil”.
Tramp müharibələrin davam etməsində maraqlı deyil. Çünki ABŞ-ın daxilində bor sıra iqtisadi problemlər var. Müharibələrin davam etməsi ABŞ-ın maraqlarına uyğun deyil. Xüsusilə də, İranla bağlı müharibənin olmasında maraqlı deyil. Bu neftin bahalaşmasına, Rusiyanın güclənməsinə səbəb ola bilər. Buna görə də, Tramp prezidentlik səlahiyyətinə başlayandan sonra da İsrailə yaşıl işıq yandırmayacaq.
Bu baxımdan, düşünürəm ki, hazırkı qərar İsrailin dövlət maraqlarına uyğundur. Amma sionizmin maraqlarına uyğun deyil. İstənilən halda, müharibələrdən heç bir tərəf heç zaman qazanmır. Sülh prosesi isə bütün bölgə üçün önəmli addımdır”.
Nərminə UMUDLU
Poliqon.info