AZ

Bitcoin artmağa davam edir

Fins.az - Bitcoin, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında maliyyə tənzimləmələrinin kriptovalyuta sektoruna müsbət təsir göstərəcəyinə dair gözləntilər fonunda $100,000 həddinə doğru yüksəlməyə davam edir.

Bloomberg xəbər verir ki, çərşənbə günü Bitcoin, iki həftədən artıq müddət sonra ən böyük sıçrayışını edərək $97,251-ə çatıb, bu gün isə qiymət $95,700 civarında sabitləşib.

Son artım, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) və Əmtəə Ticarəti üzrə Tregulasiya Komissiyası (CFTC) rəhbərliyinə kriptovalyutaları dəstəkləyən namizədlərin gəlməsi ilə əlaqədardır. Bu dəyişikliklər, kripto bazarında optimizm yaradıb.

Tramp, Bayden administrasiyasının rə dijital aktivlərə qarşı sərt tənzimləmə siyasətini ləğv edəcəyini və Bitcoin milli ehtiyatının yaradılması da daxil olmaqla, sektoru inkişaf etdirməyi planlaşdırdığını açıqlayıb. Bu vədlər Bitcoin-in qiymətini keçən həftə rekord səviyyəyə çatdırıb. Ancaq ticarətçilər, konkret siyasi təşəbbüsləri gözləyərək daha ehtiyatlı bir mövqe tuturlar.

Kriptovalyutaları dəstəkləyən Pol Atkins, SEC-nin sədri postuna Gary Gensler-in yerinə əsas namizəd kimi önə çıxır. Gensler, kripto bazarına qarşı sərt tədbirləri ilə tənqid olunmuşdu.

Trampın 5 noyabr seçkilərindəki qələbəsindən bəri, kriptovalyuta bazarı təxminən $1 trilyon böyüyüb və 12 kripto ETF fonduna $6,9 milyard investisiya qoyulub. Bu fondlar ümumilikdə $100 milyardlıq aktivləri idarə edir.

Kripto bazarı sabitləşdikcə, analitiklər Bitcoin-in yeni yüksək qiymətlərə çatmaq üçün daha möhkəm bir dəstək bazası quracağını və $100,000 səddini aşmaq üçün yeni bir cəhd edəcəyini proqnozlaşdırırlar.

Seçilən
2
fins.az

1Mənbələr