AZ

Brüsselin avtobus yolları və sərbəst yolları - FOTO

Belçikanın paytaxtı Brüsseldə 200 mindən az adam yaşasa da, nəqliyyat kifayət qədər intensivdir. Şəhərdə yerləşən çox sayda beynəlxalq təşkilat hərəkət intensivliyinin artmasında mühüm rol oynayır. Şəhərdə metro şəbəkəsinin uzunluğu 40 kilometrdir, təxminən Bakıdakı kimi. 

Avtosfer.az xəbər verir ki, şəhər və şəhərətrafı zonada ictimai nəqliyyat metro, tramvay və avtobusdur. Burada da avtobus zolaqlarının təyinatı Bakıda, Parisdə və ya Berlindəkindən fərqlənməsə də, özünəxas nüanslar mövcuddur. 
Bakıdan fərqli olaraq Brüsseldə taksilər avtobus zolağından istifadə edə bilər. Lakin bütün hallarda üstünlük avtobusundur. Xüsusi işarələnmiş yerlərdə isə velosipedçi və motosikletçilər də bu zolaqlara rahat daaxil ola bilərlər. 
Yolda qəza baş verdikdə, sağa və ya sola dönmək lazım gəldikdə isə zolağa istənilən nəqliyyat vasitəsi daxil ola bilər. Digər ölkələrdən fərqli olaraq, burada məktəbli avtobusları da bu zolaqlardan rahat istifadə edir. 
Brüsseldə bir də ehtiyat yollar var ki, bura ancaq xüsusi təyinatlı avtomobillər və manevr edən nəqliyyat vasitələri daxil ola bilər.

Vüqar

FOTO QALEREYA
Seçilən
8
avtosfer.az

1Mənbələr