AZ

Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadı

Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları var.

Qətnamədə deyilir: "Avropa Parlamenti parlament seçkilərinin hər hansı tanınmasını rədd edir və prosesin həqiqi ədalətliliyini və şəffaflığını təmin etmək üçün yaxşılaşdırılmış seçki şərtləri altında, yaxından beynəlxalq müşahidə ilə bir il ərzində təkrar səsvermənin keçirilməsini tələb edir". 

Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəddir. Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri məsləhət xarakteri daşıyır və Aİ təsisatları və ya üzv dövlətlər üçün məcburi deyil. Sənədi 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə, 82 deputat isə bitərəf qalıb.

Ağarza Elçinoğlu 

Seçilən
73
50
unikal.az

10Mənbələr