AZ

Lənkəran və Lerikdə Aqrar Biznes Festivalları keçirilib - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalları keçirilib. SİA nazirliyə istinadən xəbər verir ki, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından fermerlər qatılıblar.

Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lerik rayon icra hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.

Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkalarında bank və bank olmayan kredit təşkilatları kredit məhsulları təklif edilib. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim olunub.

Lənkəran və Lerik rayonlarında keçirilən tədbirlərdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər fermerlərə xidmət və məhsullar barədə geniş məlumat velib.

Sərgi və nümayiş bölməsi ilə yanaşı festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib.

Festivalar çərçivəsində fermerlər üçün “Su həyatdır” layihəsinin təqdimatı olub.

Bu il 29 Aqrar Biznes Festivalı keçirilib.

Seçilən
8
3
sia.az

4Mənbələr