Cənubi Koreyanın meteorologiya agentliyi mövsümün ilk qarının rekord səviyyədə olduğunu açıqlayıb.
İndex.az xəbər verir ki, səlahiyyətlilər çərşənbə günü səhər saat 07:00-a qədər 16,5 sm qarın yağdığını və 28 noyabr 1972-ci ildə Seulda qeydə alınan 12,4 sm rekordu aşdığını bildirdi.
Agentlik bunun 1907-ci ildə rekordlar başlayandan bəri ən güclü qar yağdığını açıqlayıb. Koreya Meteorologiya İdarəsinin (KMA) məlumatına görə, Seulun Qvanak bölgəsində qarın qalınlığı 40,2, Seongbuk bölgəsində isə 27,1 santimetrə çatıb.
Pyeonqtaekdə qolf meydançasında qar təmizləyərkən bir nəfər çökən tikilinin altında qalaraq ölüb. Dayanacaqda tentenin uçması nəticəsində bir nəfər ölüb. Güclü qar yağışı nəticəsində ümumi insan itkisi 4-ə yüksəlib.
Bəzi maşınlar gecə boyu yollarda qalsa da, bəziləri irəliləməkdə çətinlik çəkib. Wonju şəhərində buz bağlaması səbəbindən 53 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, 11 nəfər xəsarət alıb.